Mikayıl Cabbarovdan  “Son zəng” <span style="color:red;">TƏBRİKİ
29 may 2015 13:57 (UTC +04:00)

Mikayıl Cabbarovdan “Son zəng” TƏBRİKİ

Təhsil naziri Mikayıl Cabbarov bu il məktəbi bitirən məzunları “Son zəng” münasibətilə təbrik edib.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir məzunların məktəbi bitirməklə həyatın növbəti mərhələsinə qədəm qoyduğunu deyib: "Hər bir ölkənin xoşbəxt gələcəyi onun vətəndaşlarının intellektual potensialına və bacarığına bağlı olması ilə bərabər, müasir çağırışlar şəraitində onlardan fərdi məsuliyyət və təəssübkeşlik tələb edir. Bu baxımdan siz tükənməz gənclik enerjinizlə fəal vətəndaş nümunəsinə çevrilməlisiniz.

Bu gün qarşımızda duran mühüm vəzifələrdən ən önəmlisi vətəndaşlıq mövqeyindən çıxış edərək, müstəqil dövlətçiliyimizin daha da qüdrətlənməsi naminə yorulmadan çalışmaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, müstəqilliyimiz bizim ən böyük dəyərimiz, ən böyük sərvətimizdir. Sizin məzun olmağınızla əlamətdar olan bu il bütün Azərbaycan üçün mühüm hadisələrlə yadda qalacaq. Cəmi iki həftədən sonra ölkəmizdə I Avropa Oyunlarına start veriləcək. Bu möhtəşəm tədbirdə hər birimizdən yüksək vətəndaşlıq mövqeyi tələb olunur.Siz seçəcəyiniz həyat yolunda dəyişən dünyanın tələblərinə uyğun olaraq yetişməli, seçimlərinizdə düşünülmüş qərarlara üstünlük verməlisiniz. Müstəqil həyatınızda uğur qazanmaq üçün daim öyrənməli, istedad və bacarığınızı yeni biliklərlə cilalamalı və təşəbbüskar düşüncə daşıyıcısı olmalısınız".

 

Nazir vurğulayıb ki, məzunların qarşısında duran əsas məsələlərdən biri seçəcəkləri peşəni müəyyənləşdirməkdir: "Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. İstəyə və məhəbbətə əsaslanan seçim insana uğur qazandırır, öz sənətinin əsl peşəkarına çevirir.

Əziz məzunlar! Sizi “Son zəng” münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram!".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar