“Bayram günlərində əhali tərəfindən Təcili Tibbi Yardıma 2300 çağırış daxil olub”.
Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Lent.az-a açıqlamasında deyib.
Baş həkim bildirib ki, adi günlərdə təcili yardıma 2100, 2200 çağırış daxil olurdusa, bayram günlərində 2300-ə yaxın çağırış qeydə alınıb : “ Bayram günlərində profilaktika müəssisələri, poliklinikalar işləmədiyi üçün bizə müraciət daha çox olub”.
R.Nağıyev onu da qeyd edib ki, Təcili Tibbi Yardıma daxil olan bu çağırışlar əsasən ümumi-mövsümi xarakter daşıyıb: “Müraciətlər əsasən respirator xəstəliklər, təzyiq, hava dəyişməsi ilə əlaqədar ürək-qan damar, sinir sistemində baş verən dəyişikliklər, xroniki xəstəliklərin kəskinləşməsi ilə bağlı olub”.