Mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü münasibəti ilə Azərbaycanın Macarıstandakı Səfirliyinin dəstəyi və ASAİF-in təşkilatçılığı ilə şəhərin Qəhrəmanlar meydanında “Səsimizi sülh üçün qaldıraq, səsimizi insanlıq üçün ucaldaq” devizi altında musiqi əsərləri səsləndirilib. FerensList adına Budapeşt Musiqi Akademiyasının simli kvarteti insanların diqqətini işğal faktına cəlb etmək məqsədi ilə xüsusi konsert proqramı ilə çıxış edib.
Ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr dinləyicilərə kitab və bukletlər paylayıb, Azərbaycandakı erməni işğalının acı nəticələri, Şuşanın tarixi abidələri və yetirdiyi görkəmli şəxsiyyətlər barəsində məlumat veriblər.