Suraxanı rayonuna 2 milyon manat ayrıldı - SƏRƏNCAM
20 iyun 2013 18:52 (UTC +04:00)

Suraxanı rayonuna 2 milyon manat ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamla Bakı şəhəri Suraxanı rayonunun Bülbülə və Əmircan qəsəbələri ərazisində 44 min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 14,4 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Bakı şəhərinin Suraxanı Rayon İcra Hakimiyyətinə ayrılıb.

 

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470
avatar

Oxşar yazılar