Şura və ABŞ-ın Şərq-Qərb İnstitutu əməkdaşlığı müzakirə edib
29 aprel 2013 16:23 (UTC +04:00)

Şura və ABŞ-ın Şərq-Qərb İnstitutu əməkdaşlığı müzakirə edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında  ABŞ-ın Şərq-Qərb İnstitutunun rəsmiləri ilə görüş keçirilib.

 

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşün  keçirilməsində məqsəd reallaşdırılan “Sosial-iqtisadi inkişaf layihəsi” (SEDA) çərçivəsində Şura ilə İnstitut  arasındakı  münasibətləri  müzakirə  etmək olub.

 

Şərq-Qərb İnstitutunun prezidenti Adrian Hyurik bu yaxınlarda əməkdaşlıq çərçivəsində memorandumun imzalanması mərasimini yüksək səviyyədə təşkil etdiyinə görə Şura rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, başçılıq  etdiyi qurum bundan sonra  SEDA layihəsi çərçivəsində  Şura ilə  birgə fəaliyyət  göstərəcək. Adrian Hyurik  vurğulayıb ki, bu sahədə iş planının hazırlanması və  icra olunmasında  da  əməkdaşlıq edəcəklər. 

      

Xatırladaq  ki, bu il aprelin 17-də Şura ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında “Birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Əməkdaşlığın məqsədi  ümumi icma yönümlü regional sosial-iqtisadi inkişafda vətəndaş iştirakçılığının  gücləndirilməsi, QHT-lərlə hökumət və özəl sektoru təmsil edən tərəfdaşların əlaqələndirilmiş şəbəkəsinin yaradılması vasitəsilə ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

Oxşar yazılar