Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ofisində QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminarda çıxış edən Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov elan edilən sonuncu maliyyə müsabiqəsinin mövzusu və şərtləri haqqında iştirakçılara məlumat verib.
Fərasət Qurbanov Şuranın bütün xidmətlərinin gələcəkdə elektron formaya keçəcəyini bildirərək zaman keçdikcə bu sahədə yeni modellərin tətbiq olunacağını söyləyib. O, Şura tərəfindən ilk dəfə olaraq pilot layihə kimi tətbiq edilən elektron ərizənin hazırlanma mexanizmi ilə bağlı məsələlərə də geniş arayış verib. İcraçı direktor QHT-lərin müsabiqə elanın mətni, şərti və qaydaları haqqında Şuranın hər üç saytı (www.cssn.gov.az, www.qhtxeber.az, www.e-qht.az) vasitəsi ilə tanış olmaq mümkün olduğunu bildirib.
Sesiyada QHT təmsilçilərinin sualları da cavablandırılıb.