QHT-lərin illik maliyyə hesabatları ilə bağlı təlim keçirilib
01 aprel 2016 18:54 (UTC +04:00)

QHT-lərin illik maliyyə hesabatları ilə bağlı təlim keçirilib

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma” mövzusunda təlimlər təşkil edib.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təlimin məqsədi QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarını elektron qaydada təqdim etməsidir.

Bildirək ki, təlimlər Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində, Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində, Quba Regional QHT-lərin Resurs Mərkəzində, Şəmkir Regional QHT-lərin Resurs Mərkəzində və Qəbələ Regional QHT-lərin Resurs Mərkəzində keçirilib.

200-dək QHT-nin iştirak etdiyi təlimlərdə QHT-lərə kod-parol alınması, hesabatın tərtib edilməsi və göndərilməsi qaydaları izah edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi illik maliyyə hesabatlarının 30 gün müddətində elektron qaydada nazirliyə təqdim edilməsi barədə QHT-lərə xəbərdarlıq edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar