Sumqayıtda müəllim-şagird münasibətlərinə həsr olunmuş seminar keçirilib
05 fevral 2016 14:16 (UTC +04:00)

Sumqayıtda müəllim-şagird münasibətlərinə həsr olunmuş seminar keçirilib

 

Bu gün Sumqayıt şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda növbəti seminar keçirilib.

 

Lent.az-ın məlumatına görə, seminarda Təhsil Nazirliyinin əməkdaşları, Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi, ümumtəhsil müəssisələrinin direktorları, müəllimlər, təhsil ekspertləri, psixoloq və jurnalistlər iştirak edib.

 

Bildirək ki, seminarın keçirilməsində məqsəd müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək göstərmək, valideyn-şagird-müəllim ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasını və sinfin idarə edilməsində yeni metodlardan istifadəni təbliğ etməkdir.

 

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə pozitiv davranış vərdişlərinin formalaşdırılması, emosional intellektin inkişafı, valideynlər üçün maarifləndirmə kampaniyalarının təşkil edilməsi, müəllimlərin peşə fəaliyyətində qanunvericiliklə müəyyən olunmuş vəzifələr və etik davranış prinsiplərindən bəhs edib.

 

Daha sonra psixologiya elmləri üzrə fəlsəfə doktoru İlhamə Sultanova “Fiziki və emosional zorakılığın psixoloji fəsadları, cəzalandırmanın sivil yolları” mövzusunda təqdimatla çıxış edib.

 

Seminarda o da qeyd edilib ki, məktəb idarəçilərinin lazımi xüsusiyyətlərə, müasir bilik və bacarıqlara yiyələnməsi məqsədilə 2013-2014-cü tədris ilindən başlayaraq Təhsil Nazirliyi tərəfindən məktəb idarəçisi olmaq istəyən potensial müəllim və direktor müavinləri üçün təlimlər həyata keçirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218

Oxşar yazılar