Soyqırım Gününə həsr edilmiş təbliğat aksiyası keçirilib
31 mart 2016 20:26 (UTC +04:00)

Soyqırım Gününə həsr edilmiş təbliğat aksiyası keçirilib

“Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyi 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş təbliğat aksiyası keçirib.

 

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi  xəbərə görə, tədbirdə təşkilatın nəşr etdiyi Henrix Tomsonun “Bakı xatirələri. 1914-1921-ci illər” kitab və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müxtəlif dillərdə erməni terrorizmini əks etdirən maraqlı nəşrləri nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, AMEA-nın Tarix İnstitutunun elmi işçisi Əzizə Nəzərli və BDU-nun tarix fakültəsinin dosenti İsa Quliyev nümayiş etdirilən nəşrlərin ötən əsrin əvvəllərində Azərbaycan xalqına qarşı törədilən soyqırımının təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

 

İctimai Birliyin sədri Rəsmiyyə Babayeva təbliğat xarakterli tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

 

Qeyd edək ki, kitab ictimai birlik tərəfindən reallaşdırılan “31 mart - Azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə kitabın nəşri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə nəşr edilib.

 

Aksiyada nümayiş etdirilən kitablar iştirakçılara pulsuz verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar