Sosial ipotekanın şərtləri təkmilləşdiriləcək
29 dekabr 2012 18:55 (UTC +04:00)

Sosial ipotekanın şərtləri təkmilləşdiriləcək

Azərbaycanda icra hakimiyyətlərinin başçıları yanında gənclərdən ibarət məşvərətçi orqan olan şuralar yaradılacaq

 

Azərbaycan gənclərinin sağlam və fəal həyat tərzini təşviq etmək və onların

cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası və 2016-2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın  inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçiriləcək.

 

Lent.az-ın verdiyi məlumata görə, bu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu gün fərmanla təsdiq etdiyi  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb.

 

Bu sahə ilə bağlı mövcud olan normativ hüquqi baza mütəmadi olaraq

təkmilləşdiriləcək, gənclərin, həmçinin bədən tərbiyəsi və idmanın sistemli inkişafını dəstəkləmək məqsədi ilə rayon (şəhər) icra hakimiyyətləri başçıları yanında gənclərdən ibarət məşvərətçi orqan olan şuralar yaradılacaq, gənclər siyasəti, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaqdır.  Gənclərin və gənc ailələrin mənzil ehtiyaclarının ödənilməsi məqsədi ilə sosial ipotekanın şərtləri daha da təkmilləşdiriləcək, gənclər, o cümlədən sağlamlıq imkanları məhdud olan gənclər üçün istirahət və təlim mərkəzləri istifadəyə veriləcək.

 

Gənclər, xüsusən ucqar və kənd yerlərində yaşayan gənclər üçün məlumat-məsləhət xidmətləri şəbəkəsi genişləndiriləcək. Gənc nəslin iş bacarıqlarının inkişafı məqsədi ilə gənclərin əmək və iqtisadi əlaqələrə erkən yiyələnməsi üçün səmərəli forma və metodlar tətbiq ediləcək. Ölkə və xarici təhsil müəssisələrini bitirmiş gənc mütəxəssislərin Azərbaycanın bölgələrində işləməsinin təşviq edilməsi, bununla əlaqədar onlar üçün əlavə sosial dəstək mexanizmlərinin (ayrılan müavinətlərin və əməkhaqqına əlavələrin artırılması, xidməti mənzillərin ayrılması və s.) yaradılması və tətbiqi təmin ediləcək.        2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən b ütün respublika idman federasiyaları, idman klubları (peşəkar klublar), uşaq-gənclər idman məktəbləri üçün müvafiq idman növləri üzrə ixtisaslaşdırılmış təlim-idman bazaları yaradılacaq. Gənclərə sosial xidmət göstərən müəssisələrin, eləcə də bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün aparılan işlər davam etdiriləcək, kadr hazırlığı məsələləri daha da təkmilləşdiriləcək, bu sahədə çalışan mütəxəssislərin sosial müdafiəsi gücləndiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1774
avatar

Oxşar yazılar