TQDK mayın 26-da keçirilmiş sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb. Bu barədə Lent.az-a qurumdan məlumat verilib.
İmtahanın nəticələri komissiyanın internet saytında yerləşdirilib. Sonuncu sınaq imtahanı respublikanın 27 şəhərində 56 imtahan mərkəzində keçirilib. İmtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi-müəllim ayrılıb.