Son 6 ayda 331 qida zəhərlənməsi qeydə alınıb
08 iyul 2015 18:57 (UTC +04:00)

Son 6 ayda 331 qida zəhərlənməsi qeydə alınıb

2015-ci ilin 6 ayı ərzində Respublika ərazisində baş verən qida zəhərlənməsi hallarının statistkası açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin 6 ayı ərzində 331 qida zəhərlənməsi qeydə alınıb ki,  bu da keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 % azdır.

Bu ilin 6 ayı ərzində 418 nəfər qidadan zəhərlənib, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,7% azdır. Ötən ilin 6 ayı ərzində 577 nəfər zərəçəkən qeydə alınıb.  

2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar