“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli ilə görüş keçirib. Lent.az-ın məlumatına görə, diskussiya şəraitində keçən tədbirdə C.Əzimbəyli gəncləri maraqlandıran sualları cavablandırıb. O, Azərbaycanda seçki öncəsi bəzi qüvvələr tərəfindən gənclərə yönəlik çağırışlar olunduğunu diqqətə çatdırıb. Camal Əzimbəyli gəncləri belə saxta vətənpərvərliyə uymamağa və dövlətimizin milli maraqlarının qorunması naminə doğru yol seçməyə çağırıb.
Şərqşünas Azərbaycanda mövcud olan dini tolerantlıqdan sui-istifadə edənlərin ifşa olunmasının vacibliyini önə çəkib. Seyid Camal gəncləri maskalanmış yalançı din təəssübkeşlərindən kənar durmağı məsləhət görüb.
Gənclərin təşəbbüsü ilə belə görüşlərin vaxtaşırı keçirilməsi də qərara alınıb.