GÜNÜN ŞƏRHİ
İllər öncə Fransa Senatı qondarma “erməni soyqırımı”nı tanıma qərarını qəbul edərkən ölkənin tanınmış tarixçiləri parlamentə müraciət edərək etirazlarını bildirmişdilər. Onlar hesab edirdi ki, siyasi institutların bu cür qərarlar qəbul etmək ixtiyarı yoxdur, hətta ixtiyarları olsa belə, bununla bağlı müstəqil tarixçi heyətindən arayış almalıdır. Fransız tarixçilərin qondarma “erməni soyqırımı” iddialarına bu yanaşması təəssüf ki, kütləvi xarakter almadı, lakin sonralar “tarixə tarixçilər qiymət verməlidir” prinsipi Türkiyənin bu istiqamətdə siyasətinin ana xəttinə çevrildi. Yenə də təəssüf ki, bu günə qədər qondarma “soyqırımı” tanıyan ölkələrin heç birində tarixçilərin siyasilərə bu cür etirazına rast gəlməmişik. Bu baxımdan İsveç hökumətinin qondarma “soyqırımı” rədd edən qərarı dəyərli qərardır. Həm də təkcə bir ölkənin erməni yalanlarını rədd etməsi baxımından deyil. Rəsmi Stokholm bəyan edib ki, əgər ölkəsi nə vaxtsa tarixi hadisələrə qiymət vermək zərurəti duysa, onda siyasilərin ambisiyalarını deyil, müstəqil tarixçilərdən ibarət komissiyanın obyektiv rəyini nəzərə alacaq. Bu, “tarixə tarixçilər qiymət verməlidir” tezisinin ən real praktiki formasıdır və bizə yalnız İsveç hökumətinin bu obyektiv mövqeyini alqışlamaq qalır.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Aprel
97