GÜNÜN ŞƏRHİ
Çar Rusiyası çökdükdən sonra imperiya ərazisində yaşayan millətlərdən barmaqla sayıla biləcək qədəri özünə dövlət qura bildi. Bir millətin dövlət qurması üçün onun dövlətçilik ənənələrinin olması lazımdır. Bir millətin qanında dövlət qurmaq varsa, yüz illər əsarətdə olsa belə, tarixin çərxi dönən zaman mütləq bir dövlət yaradacaq. Bizlər məhz bu səbəbdən 100 ilə yaxın əsarətdən sonra 1918-ci ildə öz dövlətimizi qurmağı bacardıq. O zamanadək coğrafi məfhum olan Azərbaycan adını dövlətləşdirdik.
Azərbaycan tarixinə bu şanlı səhifələri yazdığına görə borclu olduğumuz insanlar var. Azərbaycan üçün hər şeyindən keçən, “Bəlkə də Vətəni görmək mənə bir daha nəsib olmadı” deyərək mühacirətdə Vətənsiz günlərini sayan, “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan” deyərək özünü ovudan, dünyaya göz yumarkən son sözü “Azərbaycan” olan bu böyük insanlarımızı hörmətlə anır, ruhları qarşısında baş əyirik. 28 may ilk növbədə onların bayramıdır. Bayramınız mübarək, BÖYÜK RUHLAR!
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 May
185