Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 İyun
23 iyun 2015 20:07 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 İyun

0

GÜNÜN ŞƏRHİ
 
Azərbaycanda gedən prosesləri mikroskop altında izləyən Avropa institutları nədənsə Ermənistanda baş verən hadisələr qarşısında susqunluq nümayiş etdirirlər. Ermənistanda insanların sərbəst toplaşmaq hüququ tapdanıb, söz və ifadə azadlığı məhdudlaşdırılıb, polis aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edib, niyə insan haqlarını əlində bayraq edən Human Rigts Watch, Freedom House, Amnesty İnternational kimi təşkilatlardan səs çıxmır? Əslində heç nə dəyişməyib, bu təşkilatlar Ermənistan parlamenti gülləbaran ediləndə, ölkənin tanınmış siyasətçiləri güllələnəndə də susmuşdular. Səbəb bizə məlumdur, səbəb təkcə xristian təəssübkeşliyi deyil. Əsl səbəb odur ki, Avropanın siyasi institutları, beynəlxalq hüquq müdafiə təşkilatları üçün İNSAN HAQLARI yalnız hakimiyyətlərə təzyiq vasitəsidir. Həm də bütün hakimiyyətlərə deyil, bu təşkilatları maliyyələşdirən transmilli korporasiyaların öz təsiri altına sala bilmədiyi hakimiyyətlərə. İndiki situasiyada rəsmi İrəvana təzyiq göstərməyə gərək yoxdur, Sərkisyan müstəqil olmadığını, Ermənistan isə forpost dövlət olduğunu hər addımı ilə ilə isbatlayıb. Bu mənada İrəvanda aksiyanın vəhşiliklə dağıdılması faktı qarşısında beynəlxalq aləmin susqunluq nümayiş etdirdiyini haradasa anlamaq da olar... Ermənistan kimi dövlətlərə öz maraqlarını diktə etmək üçün Avropanın əlində daha ucuz və sadə üsullar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar