GÜNÜN ŞƏRHİ
Yunanıstan Çiprası seçmədi, iki pis arasında ən yaxşısını seçdi. SİRİZA dövrünün başa çatdığını düşünən avropalıların hesabları baş tutmadı. Ölkədəki böhran, hakim partiya daxilində parçalanma Çiprasın əleyhinə işləyən amil kimi nəzərdən keçirilirdi. Amma bir amil nəzərdən qaçırıldı - Yunanıstanın Avropa Birliyi əleyhinə istifadə edə biləcəyi tək mexanizmi Çipras düşünmüşdü. Avropa ilə döyüşdə SİRİZA liderindən başqa alternativ təklif edən yox idi. Və yunanlar alternativsizlik mühitində yenidən Çiprasa etimad göstərdilər. İnandılar ki, bu şəxs başqa liderlərdən fərqli olaraq Avropanın nəbzini daha dəqiq tutmağı bacarır. Avropa Birliyi ilə danışıqların ilk mərhələsi uğursuzluqla başa çatanda Çipras son vasitəyə əl atacağını, Avropanı miqrant axınında boğacağını demişdi. O zaman hamı bu təhdidə barmaqarası yanaşdı, lakin bu gün hamı Avropanın miqrant selində boğulduğunu təəssüflə izləyir. Kəmərlərini daha bərk sıxan yunanlar başqalarından fərqli olaraq bu mənzərəni daha ləzzətlə seyr edirlər. Avropanın miqrant problemi sərhədləri qaçqınlar üçün açan Çiprasın şah əsəridir, yunanlar elə bu şah əsərə görə SİRİZA-ya etimad göstərdilər. Çiprasın triumfal qələbəsi Yunanıstanın problemlərini həll edəcəkmi? Xeyr. Bəs o zaman nə üçün Çipras? Sualın cavabını yunan xalqının mentalitetində axtarmaqda yarar var. Elə ölkənin böhrana yuvarlanmasının səbəblərini də...

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Sentyabr
Oxşar yazılar

İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09