Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Avqust
18 avqust 2016 20:05 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Avqust

GÜNÜN ŞƏRHİ
 
"Türkiyədə ikinci çevriliş cəhdi Cənub-Şərqi Anadoluda ölkəyə irimiqyaslı terror aktlarının gerçəkləşməsi ilə başlayacaq. FETÖ terror təşkilatı PKK ilə əlbir hərəkət edəcək. Terror aktlarının miqyası böyüdüyünə görə, böyük şəhərlərdəki polis qüvvələrini terror bölgəsinə göndərməli olacağıq, şəhərlərdəki boşluqdan istifadə edərək Fəthullahçı Terror Təşkilatı ikinci dəfə çevrilişə cəhd göstərəcək. İrimiqyaslı terror aktları ilə yanaşı tanınmış şəxslərə sui-qəsdlərin edilməsi də ikinci çevriliş planına daxildir". Bu fikirləri cəmi on gün əvvəl Melih Gökçək açıqlamışdı. Tutduğu vəzifəyə rəğmən bəyanatları ciddi qəbul olunmayan Ankaranın bələdiyyə başqanı. Kaş söylədikləri gerçəkləşməsəydi... Amma açıqladığı ssenari bu dəfə tutdu. Türkiyənin cənub-şərqi qan gölünə dönüb, onlarla şəhid, yüzlərlə yaralı var. Terrorla mübarizə üçün 10 min özəl hərəkat polisi hazırlanması planlaşdırılır, buna qədər hazırda vəzifədə olan özəl hərəkatçılar terror bölgəsinə göndəriləcək. Ssenarinin bura qədər olan hissəsi özünü doğruldub. Sui-qəsd planlarına gəldikdə... Melih Gökçək hökumət üzvləri, ya siyasətçilərdən kiməsə qəsd olunacağını deməmişdi, tanınmış şəxslərin öldürüləcəyini söyləmişdi. Dünən İstanbulda postsovet məkanı və Yaxın Şərq regionunda kriminal aləmin ən nüfuzlu şəxslərindən Rövşən Canıyev qətlə yetirilib. Canıyevin öldürülməsinin Melih Gökçək ssenarisi ilə bağlılığı olduğunu iddia etmək fikrimiz yoxdur. Amma bir şey məlumdur - Canıyevin qətli, sıradan bir avtoritetin öldürülməsi deyil. Bu, kriminal aləmdə balansı kökündən dəyişə biləcək bir sui-qəsddir. Melih Gökçəyin ssenarisinin elə burada bitməsini arzulayırıq. 
 
Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar