Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Iyun
12 iyun 2015 20:00 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Iyun

0
 
GÜNÜN ŞƏRHİ
 
Bu gün Azərbaycanda idman bayramıdır. Ölkəmiz ilk dəfə qitəmiqyaslı yarışlara ev sahibliyi edir. Dünyanın onlarla ölkəsindən 6 mindən çox idmançı arenada öz gücünü sınamaq üçün Bakıya gəlib. Dünyanın ən kütləvi tədbirləri sırasında ilk onluqda yer alan Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi hər bir soydaşımız üçün ayrıca fəxrdir. Bir qədər sonra yüz milyonlarla insan televiziya ekranlarından bəlkə də ilk dəfə Bakını görmək şansı qazanacaq. Avropalı idmansevərlər sağlam rəqabət şəraitində davam edən 20 idman növündə yarışları izləməklə yanaşı, həm də Azərbaycanı kəşf etmiş olacaqlar. Avropa Oyunları ölkəmizi tanıtmaq üçün ən böyük fürsətlərdən biridir, biz bu fürsətdən layiqincə yararlanmağa borcluyuq. Bu işdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Biz Avropaya təkcə Azərbaycanı yox, həm də azərbaycanlıları tanıtmalıyıq. Bu işdə hər birinizə uğurlar diləyir, Avropa Oyunlarının başlaması münasibətilə xalqımızı təbrik edir və deyirik: İdman bayramın mübarək olsun, Azərbaycan!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar