Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 19-dək respublikanın rayonlarında temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişaf sürətinin daha da artması üçün əlverişli olacaq.
Xüsusən də Mərkəzi-Aran rayonlarında pambıq bitkilərində qozaların açılması və yetişməsi və Böyük Qafqazın dağətəyi rayonlarında üzümün şəkərliliyinin artmasına şərait yaradacaq. Əksər rayonlarda gözlənilən əsasən yağmursuz hava şəraiti pambığın, bağlarda meyvələrin, bostanlarda tərəvəzin və üzümün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsi üçün əlverişli olacaq.