[b]Yağış, külək, dolu -[/b] XƏBƏRDARLIQ  - YENİLƏNİB
08 iyul 2016 12:52 (UTC +04:00)

[b]Yağış, külək, dolu -[/b] XƏBƏRDARLIQ - YENİLƏNİB

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-da güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcəyədək aşağı enəcək.

 

Azərbaycanın rayonlarında iyulun 9-u axşamdan 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı,  dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

***

 

12:25

 

İyulun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  20-23 , gündüz 26-29, Bakıda gecə 20-22, gündüz  27-29 dərəcə isti olacaq.  

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 30-35, dağlıq rayonlarda gecə 11-16, gündüz  17-22 dərəcə isti olacaq.

 

Tibbi xəbərdarlığa gəlincə isə,  iyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.

 

.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Fərizə Əhmədova

Oxşar yazılar