Şəmkir rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün qeyd olunması münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə iştirak edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon hüquq - mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri ehtiram əlaməti olaraq Heydər Əiyevin abidəsi önünə gül dəstəsi qoyublar. İzdihamlı tədbirdə 10 mindən çox rayon sakini iştirak edib. Şəmkir rayon İcra Hakimiyyıtinin başçısı Alimpaşa Məmmədovun təşəbbüsü ilə Şəmkir rayon Gənclər və İdman İdarəsi və YAP Şəmkir rayon Gənclər Birliyinin təşkilatçılığı ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı layihə çərçivəsində rayon gənclərinin Şəmkir Heydər Əliyev Mərkəzinə möhtəşəm yürüşü təşkil edilib.
Mərkəzdə gənclərə Ümummilli lider Heydər Əliyevin keçdiyi şanlı və şərəfli həyat yolu , ulu öndərin Azərbaycan dövləti üçün etdiyi əməllər geniş məlumat verilib. Heydər Əliyev irsinin daha geniş təbliğ olunması üçün gənclərin maarifləndirilməsi qərara alınıb.