Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşəbbüsü ilə Şəmkir Gənc Həkimlər Birliyinin yaradılıb. Lent.az-ın məlumatına görə, birliyin yaradılmasında əsas məqsəd gənc həkimlərin rayonun ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirakını təmin etməkdir.
Belə ki, yarandığı qısa müddət ərzində Şəmkir Gənc Həkimlər Birliyi rayonun ucqar qəsəbə və kəndlərində vətəndaşlarla səyyar görüşlər keçirmiş, onların tibb sahəsində maarifləndirilməsi istiqamətində geniş işlər görmüş, əhalinin pulsuz tibbi müayinəsini aparıb.
Bununla yanaşı, orta məktəblərdə şagirdlər arasında “Narkomaniyaya yox deyək” adlı layihə, kimsəsiz və aztəminatlı ailələrə dəstək məqsədi ilə pulsuz sünnət aksiyası həyata keçirib.