Səlim Müslümovdan nöqsanlara yol verənlərə <span style="color:red;">CƏZA
26 noyabr 2014 13:47 (UTC +04:00)

Səlim Müslümovdan nöqsanlara yol verənlərə CƏZA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov o cümlədən tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması yönündə konkret işlərin görüldüyünü, bu sahəyə nəzarətin xeyli gücləndirildiyini bildirib: “Aparılan işlərin nəticəsi kimi bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,6 faizə yüksəlib. Təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 6338 nəfər azalıb”.

Nazir tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının sistemdə işləmək imkanına malik olmaları üçün elektron imzalarla təmin olunduqlarını və müvafiq bacarıqlara yiyələnmələri üçün treninqlərə cəlb edildiklərini bildirib. “Bütün bu işlər əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına, neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin iş üsullarının müasir texnologiyalar əsasında təkmilləşdirilməsinə xidmət edir”-,deyə vurğulayan S.Müslümov nazirliyin bərpa-müalicə infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində görülən məqsədyönlü işlərə də toxunub:

Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Nazir müavini vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamları əsasında bu ilin ötən dövründə əlilliyi olan şəxslərin sosial müdafiəsi daha da gücləndirilib.

 Tədbirdə görülən işlərin yekunları, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası ilə bağlı informasiya sisteminin tətbiqi məsələləri və əlillik müayinələrinin nəticələrinə dair informasiyaların elektron məlumat bazasına daxil edilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən  nöqsanlardan da söz açılıb, fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib. İclasda nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

# 1548

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14