Şəkidə narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, Şəki Rayon Polis Şöbəsinin təşəbbüsü ilə İcra hakimiyyətinin binasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində “Gənclər narkotiklərə yox deyir!” şüarı altında azyaşlı və yeniyetmələrin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, baxımsızlığın qarşısının alınması, dini radikalizmin və erkən nikahın fəsadları mövzusunda maarifləndirmə məqsədi ilə görüş keçirilib.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İH-nin məsul şəxsləri və Şəkidə fəaliyyət göstərən təhsil müəssisələrinin tələbə və müəllim heyəti iştirak edib, qeyd olunan aktual mövzular ətrafında müzakirələr aparırlıb.