Bu gün Binəqədi rayonunda bir-neçə küçənin kəsişməsində aparılan təmir-tikinti işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.
“Qafqazinfo”nun “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, söhbət Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələrindən, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsilərindən gedir.
Sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin çəkilməsi işləri həyata keçiriləcək. İşlərin səhər saat 10:00-dan başlanılması və günorta saatlarında yekunlaşdırılması nəzərdə tutulub.