Şəfayət Mehdiyev küçəsində nəqliyyatın hərəkəti tam bərpa olunub
04 iyun 2015 18:52 (UTC +04:00)

Şəfayət Mehdiyev küçəsində nəqliyyatın hərəkəti tam bərpa olunub

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC  tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan akademik Şəfayət Mehdiyev küçəsinin Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam olaraq bərpa olunub.

 

Lent.az ASC-yə istinadən xəbər verir ki, təmir-tikinti işləri çərçivəsində küçənin 1200 metrlik hissəsinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib, ümumilikdə 22 min kvadrat metr sahədə asfaltlanma işləri aparılıb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub.

 

Qeyd edək ki, akademik Şəfayət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metr, eni ortalama 18 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib, 3 min paqon-metr yeni səki daşı düzülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210

Oxşar yazılar