İşsizlik sığortası ilə bağlı qanun layihəsi parlamentə göndərildi
26 aprel 2017 13:05 (UTC +04:00)

İşsizlik sığortası ilə bağlı qanun layihəsi parlamentə göndərildi

"İşsizlik sığortası ilə bağlı qanun layihəsi ölkə prezidenti tərəfindən Milli Məclisə göndərilib". "APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
Nazirin sözlərinə görə, Milli Məclisin yaz sessiyasının 1-ci oxunuşda bu məsələyə baxıla bilər: "Çünki biz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə bu barədə artıq danışmışıq. Mayın sonu - iyunun əvvəlində bu məsələləri Milli Məclisdə ilk oxunuşa çıxarılması nəzərdə tutulub. İkinci və üçüncü oxunuşlar Milli Məclisin payız sessiyasında baş tuta bilər. Çünki qanun layihəsinin qüvvəyə minməsi kimi 1 yanvar 2018-ci il tarixi göstərilib. Müəssisənin ləğvi ilə bağlı işçilərin işdən azad olunması, ixtisarı ilə bağlı məsələləri var. Bu halda Əmək Məcəlləsinin 72, 79 və 70-ci maddələri arasında bağlılıq və ya ziddiyyətlərin həmin qanunla tənzimlənməsi nəzərdə tutulur. Bütün bu məsələlərin müvafiq kontekstdə yəni həm işəgötürənlərin, həm dövlət orqanlarının, həm də həmkarlar ittifaqlarının baxış bucağından müzakirə edilərək ümumi fikrə gəlinməsi nəzərdə tutulur".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

APA Baycan

Oxşar yazılar