AV Üzrə Təlimçi, Samsung Electronics Russianın nümayəndəsi Yulianna Qriçak, Prezident Samsung Electronics Caucasus Company Biyanq Du Çoy (Byoung Doo Choi), Samsung Electronics Caucasus Company İM Departamentin Rəhbəri İlkin Qasımov çıxış edib.
Samsung şirkətinin yeni məhsulları premium məzmunun ultra-yüksək dəqiqliklə (UHD) görüntülənməsi üçün nəzərdə tutulan vasitələr sahəsində yeni standartlar yaratmaqdadır.
Eyni zamanda, Azərbaycanda bu ilin 4 sentyabr tarixindən etibarən satışa çıxarılacaq Samsung Galaxy S6 EDGE+ smartfonunun flaqman modeli də təqdim olundu.
Galaxy S6 EDGE+
Samsung Galaxy S6 EDGE+ özündə yuvarlaq displey texnologiyası və ən qabaqcıl xarakteristikalarla bərabər yüksək məhsuldarlıq amillərini birləşdirən unikal dizaynı əks etdirir: yüksək texnologiyalı displey, foto və video üçün premium-klass kamera, sürətli kabelli və kabelsiz adapter və güclü prosessor.
Həcmi 4 GB-a qədər artırılmış operativ yaddaş bazarda ən yüksək məhsuldarlıq və effektivliyi təmin etməklə yanaşı, istifadəçilərə çoxfunksiyalı rejimdə hər hansı bir çətinlik olmadan işləmək imkanı yaradır. Quad HD rezolyusiyalı 5,7 inçlik yuvarlaq displey və Super AMOLED cihazı daha yüksək multimediya imkanları ilə təmin edir.
Samsung Galaxy S6 EDGE+ bir saniyədən daha az müddətə (Quick Launch) Home düyməsi üzərinə iki dəfə basmaqla aktivləşən mükəmməl kamera, real zamanda çəkiliş üçün nəzərdə tutulan avtomatik HDR funksiyası, optik stabilizasiya və yeni filtrlərlə təchiz olunub.
Videokollaj rejimi istifadəçilərə müxtəlif çərçivə və effektlərdən yararlanaraq asanlıqla qısa videolar çəkmək və onları redaktə etmək imkanı yaradır. Samsung Galaxy S6 EDGE+ smartfonu istifadəçilərə eyni anda həm telefon siyahısındakı bir və ya bir neçə şəxs üçün, həm də YouTube saytına Full HD keyfiyyətli videoyazılar yükləməyə imkan verən 4K (UHD) video rejimi və onlayn-yayım (Live Broadcast) funksiyasını da dəstəkləyir.
Samsung Galaxy S6 EDGE+ kabelsiz və kabelli şarj olma texnologiyasını da dəstəkləyir. Telefonun daxilinə yerləşdirilən kabelsiz şarj olma texnologiyası demək olar ki, bütün mövcud enerji şəbəkələrinə uyğundur. Standart şarj olma cihazı ilə smartfon 90 dəqiqəyə tam olaraq enerji alırsa, yeni kabelsiz cihazla buna təxminən 120 dəqiqə vaxt tələb olunur.
Galaxy S6 EDGE + smartfonlarında saxlanılan məlumatların təhlükəsizliyini Samsung KNOX Active Protection (cihaza daxil edilmiş şəkildə və ya komplektdən kənar) platforması və istifadəçilərin iş və şəxsi məlumatlarını qorumaq üçün asanlıqla yüklənilə bilən My KNOX proqramı təmin edir.
Sentyabrın 3-də, yəni, Bakıda Galaxy S6 EDGE + satışının başlamasına bir gün qalmış, 28 May küçəsi-20 ünvanında yerləşən Samsung brend-store-da bu flaqman modelin ölkəmizdə təqdimatına həsr olunmuş S Carpet promo-tədbiri keçiriləcək. Tədbirin iştirakçıları ilk dəfə yeni smartfonu testdən keçirmək imkanı qazanacaqlar.
SUHD televizoru
Samsung SUHD innovativ televizorlarının istehsalı UHD texnologiyalarının inkişafında vacib mərhələdir. Yeni televizorlar istifadəçilərə mükəmməl təsvir keyfiyyəti, əsrarəngiz kontrast və gözoxşayan rənglərin parlaqlığını bəxş etməklə yanaşı, bir çox cəhətlərinə görə əvvəlki nəsil televizorlarını üstələyir. Bundan başqa, Samsung SUHD televizorları bir sıra yeni funksiyalara da malikdir. SUHD təsvirin uyğunlaşdırılması prosessoru (re-mastering engine) sayəsində görüntünün mükəmməl keyfiyyətini təmin edir, yuvarlaq ekran isə tamaşaçıya izləmə vaxtı daha yüksək təəssürat alma imkanı bəxş edir. Tizen operativ sistem bazası əsasında işləyən və yenilənmiş Smart TV platformasının intellektual funksiyaları isə tamaşaçını vaxtaşırı istifadə etdiyi proqramlara asan keçidlə təmin edir.
SUHD - təsvirin mükəmməl keyfiyyəti
Nanokristallik yarımkeçiricilərin xüsusi ekoloji cəhətdən təhlükəsiz texnologiyası və SUHD təsviri reallığa uyğunlaşdıran intellektual prosessoru sayəsində, yeni Samsung SUHD televizorları şirkətin TV avadanlığı sayəsində qazandığı innovativ uğurun ən yaxşı təsdiqi sayıla bilər.
Yeni nəsil Samsung SUHD televizorlarının nanokristallik yarımkeçiriciləri rəngi hər nöqtənin ölçüsündən yayımlamaq və bununla da tam dəqiq rəng ötürmək qabiliyyətinə malikdir. Bu texnologiya sayəsində yeni Samsung televizorlarının rəng ötürmə dəqiqliyi digər televizorlardan 64 dəfə daha yüksəkdir. SUHD təsviri reallığa uyğunlaşdıran prosessoru avtomatik olaraq təsvirin parlaqlığını təhlil edir, artıq enerji istifadəsini minimallaşdırır və yüksək səviyyəli kontrast yaradır. Bu texnologiya sayəsində yeni Samsung televizorları 2,5 dəfə daha parlaqdır, qara rəngin daha dolğun çalarlarını yaradır və rənglərin dəqiq ötürülməsi üçün iki dəfə daha çox nöqtəyə malikdir.
Samsung Hollivudun aparıcı 20th Century Fox şirkəti ilə əməkdaşlıq sayəsində SUHD keyfiyyət standartına uyğun kontentin optimallaşdırılmasına nail olub. Bu istehlakçılara təsviri UHD kontentdə seyr etmək imkanı verir.
Bu yaxınlarda Samsung şirkəti Fox İnnovation Lab ilə birlikdə Samsung SUHD televizorları üçün rejissor Ridli Skottun məşhur “Nəticə: Çarlar və Tanrılar” filminin bir sıra səhnələrinin remasterinqini də həyata keçirib. Nəticə təsirli alınıb - filmin səhnələri daha parlaq, rənglər isə daha canlı təsir bağışlayır.
Bundan başqa, Samsung SUHD televizorlarının istehsalı zamanı ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə olunub ki, bu da yeni nəsil televizorlara öz sinfində enerji effektivliyi və etibarlılıq göstəriciləri üzrə liderlik mövqeyini qoruyub saxlamağa imkan verir.
Zərif yuvarlaq dizayn
2013-cü ildə Samsung ilk dəfə olaraq yuvarlaq ekranlı televizorlarını təqdim etdi və bu addım izləmə keyfiyyətini artlırmağa imkan verdi. Şirkətin mühəndisləri hər zaman incəsənət və dizayn sahəsindəki yeniliklərlə maraqlanır və onların bir qismini yeni məhsulların istehsalında tətbiq edir. Eleqant çərçivəli modellərin dizaynı ekrana daha çox dərinlik bəxş edir və televizoru əsl incəsənət əsərinə çevirir. Televizor divardan asıldığı zaman bunu daha yaxşı görmək mümkündür.
Smart TV texnologiyalarının inkişafının yeni dönəmi
2015-ci ildə bütün Samsung Smart TV televizorları Tizen operativ sistemi bazasında çalışacaq. Tizen – yeniliklər üzərində çalışan mütəxəssislərə asanlıqla uyğun TV əlvələri yaratmaq imkanı verən platformadır. Tizen sayəsində yeni Samsung Smart TV platforması özündə bir sıra yeni funksiyaları birləşdirməklə yanaşı, istifadəçilərə intuitiv asan keçid imkanı, kompleks əyləncə təcrübəsi və daha geniş kontent seçmək fürsəti verir.
Yenilənmiş Samsung Smart Hub servisinin interfeysi istifadədə daha da asanlaşdırılıb. Artıq menyu əsas ekranda əks olunur və bu da öz növbəsində seyr edilən kontentə daha asan naviqasiyanı təmin edir.
Bundan başqa, aktual kontentin gələcək axtarışı üçün istifadəçiyə xüsusi tövsiyələr verilir. Quick Connect funksiyası və Bluetooth Low Energy (BLE) texnologiyası sayəsində, Samsung Smart TV yaxınlıqda yerləşən istənilən Samsung mobil cihazlarına qoşula bilər. Bir düyməni basmaqla istifadəçi istənilən faylı mobil cihazdan televizora və ya əksinə göndərə bilər. Bundan başqa, istifadəçilər xüsusi səy göstərmədən televizora öz mobil cihzlarından baxmaq imkanı da qazanır.
Samsung Smart TV istifadəçiləri Amazon, Comcast, Direc TV və M-GO kimi aparıcı kontent provayderlərinin təqdimatında UHD filmləri, seriallari və ən yaxşı televiziya şoularını seyr etmək imkanını malik olacaqlar.
Bundan başqa, Samsung şirkəti artıq istifadə olunan UHD Video Pack vasitəsilə Technicolor və Dream Works Animation şirkətlərinin TVOD xidməti ilə əməkdaşlıqda UHD filmlərinin yüklənməsi servisini də istifadəyə verib.
Kontent yayımı təhlükəsizliyinin təmin olunması üçün yükləmə xidməti SCSA (Secure Content Storage Association) məzmunun saxlanılması təhlükəsizliyi asossiyasiyası standartlarından istifadə edəcək. 2015-ci ildən başlayaraq, Samsung bütün televizorları üçün mükəmmələşdirilmiş kontent təqdim edəcək.
Samsung Sports Live sevimli oyununuzu canlı yayımda və hətta eyni anda həmin displeydə komandaların statistikasını izləmək imkanı yaradır. Xüsusi Samsung Milk Video xidməti həmkarların veb-saytlarından maraqlı video kliplər seçmək üçün rahat əlavədir.
Bu gün Samsung-un tərəfdaşları siyahısında 50-dən çox kontent-provayder var və bu siyahı daim yenilənir. Həmkarlarına ən maraqlı kontent tapmağa yardım etmək üçün Samsung televizorlarının interfeysi bir sıra fərdi tövsiyələrlə təchiz olunub.
Briefing on TV funksiyası səyəsində indi Samsung Smart TV istifdəçiləri səhərlər yuxudan daha asan oyana biləcəklər. Amma bu xidmət sadəcə zəngli saat funksiyasını yerinə yetirmir. Onun sayəsində istifadəçi Samsung mobil cihazlarını sinxronizasiya edərək, istənilən məzmunu böyük ekranda görüntüləyə biləcək və özünə lazım olan məlumatı əldə edəcək.
Tizen operativ sisteminin əsasında işləyən platforma sayəsində Samsung Smart TV televizorları daha geniş ekosistem kontentinin bir parçasına çevrilir. Tizen gözoxşayan elastikliyi təmin etməklə yanaşı, şirkətə müxtəlif partnyorlarla əməkdaşlıq etmək imkanı da yaradır. Bundan başqa, Tizenin digər cihazlarla uyğunluğu Samsung SUHD televizorlarını müasir mənzillərin infrastruktur mərkəzinə çevirir. Tizen platforması bazasında işləyən Samsung SUHD televizorları – yeni nəsil intellektual televizorlarının müasir standartıdır.
Artıq satışda!
Azərbaycan bazarında flaqman seriyanın hər üç modeli (Samsung SUHD TV JS9500, JS9000 və JS8500) təqdim olunub. Hər zövqə uyğun 48” (UE48JS8500 və UE48JS9000), 55” (UE55JS8500 və UE55JS9000), 65” (UE65JS9500 və UE65JS9500), 78” (UE78JS9500) və nəhəng 88" (UE88JS9500) diaqonallı ekranlar sizin seçiminizə buraxılır.
Artıq bütün dünyada qəbul olunduğu kimi biz də əminliklə deyirik ki, SUHD TV 2015-ci ilin ən yaxşı televizorudur. Samsung 9 ildir televiziya avadanlığı sahəsində liderliyini qoruyub saxlayır və bizim şirkət 46 ildir eksklüziv texnologiyalar üzerində çalışır.
Şirkətimiz məşhur CES 2015 istehlak sərgisində 80 nüfuzlu mükafata layiq görülüb ki, onlardan 10-nu məhz SUHD TV sayəsində qazanıb.
JS9500 televizoru həmin sərgidə 9 mükafata layiq görülüb və onların arasında “CES 2015-in ən yaxşı texnikası”, “CES 2015-in TV sahəsində ən yaxşı texnologiyaları” və Reviewed adından təqdim olunan “CES 2015-in redaksiya seçimi” də var.
Yuvarlaq ekranlı 105” SUHD TV isə dünyanın ilk və ən böyük SUHD televizoru olaraq ən yaxşı innovasiya nümunəsi mükafatına layiq görülüb.
Biz SUHD TV-ni Azərbaycanda təqdim etməkdən şərəf duyuruq! Əminik ki, innovativ televizorlarımız istifadəçilərin böyük rəğbətini qazanacaq.