Prezident şagirdin dərs buraxmasına görə cərimələnməni ləğv etdi
20 may 2016 19:50 (UTC +04:00)

Prezident şagirdin dərs buraxmasına görə cərimələnməni ləğv etdi

0

 

 

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dəyişikliyə əsasən,  İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilib.

 

 

Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə - valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tuturdu.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar