Sabir Rüstəmxanlı Dövlət Departamentində görüş keçirdi
26 aprel 2013 11:33 (UTC +04:00)

Sabir Rüstəmxanlı Dövlət Departamentində görüş keçirdi

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərviz Niyanın aprelin 23-dən ABŞ-da səfərdədirlər.

DAK-dan Lent.az-a verilən məlumata görə, ABŞ səfirliyinin dəstəyi ilə reallaşan səfər çərçivəsində aprelin 26-da DAK həmsədrləri ABŞ Dövlət Departamentində görüş keçiriblər.

 
Görüşdə Güneyli-Quzeyli Azərbaycanın bir sıra mühüm problemləri ətrafında söhbət aparılıb. Sabir Rüstəmxanlı ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın fəaliyyətindən danışıb, Rusiyanın bir əyalətinə çevrilmiş Ermənistana milyardlarla ölçülən təmənnasız hərbi bəxşişlərə diqqət çəkib. O, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin ədalət prinsipləri üzərində inkişafının bölgənin gələcəyi baxımından son dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə İran rejiminin anti-Azərbaycan siyasətinə, İslam ölkələrində zəruri dəyişikliklərə, Orta Şərq layihəsində Güney Azərbaycanın yeri məsələsinə DAK-ın münasibəti də diqqətə çatdırılıb.

Səfər mayın 2-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594
avatar

Oxşar yazılar