<b>19 dərəcə isti -</b> <span style="color:red;">Sabahın havası
05 aprel 2016 12:16 (UTC +04:00)

19 dərəcə isti - Sabahın havası

 

Aprelin 6-da  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 12-17, Bakıda gecə 6-8 dərəcə, gündüz 14-16 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi qərb rayonlarda çiskinli yağış yağacağı ehtimalı var.  Şərq küləyi əsəcək.    

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə isti,  gündüz 14-19 dərəcə isti, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcə isti,  gündüz 8-13 dərəcə isti olacaq.

Aprelin 6-8-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və nisbətən sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Fərizə Əhmədova

Oxşar yazılar