32 dərəcə isti olacaq
18 sentyabr 2015 12:35 (UTC +04:00)

32 dərəcə isti olacaq

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz  25-29 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 27-32 dərəcə, dağlıq rayonlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197

Oxşar yazılar