Sabah rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir
02 aprel 2016 16:02 (UTC +04:00)

Sabah rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirəcək.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçirilir və bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır.

İmtahanda iştirak etmək üçün namizədlər "Namizədin imtahana buraxılış vərəqəsi"ni, şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

Bildirək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə) 29 iyulda keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində 40 və daha çox bal toplayan namizədlər buraxılacaqlar.

Bakı şəhərində 1195, Naxçıvan şəhərində isə 44 namizədin imtahan verməsi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 19 imtahan rəhbəri, 136 zal nəzarətçisi ayrılıb.

Qeyd edək ki, elektron ərizə doldurub təsdiq edən namizədlərdən 58 nəfəri Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunlarıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Fərizə Əhmədova

Oxşar yazılar