Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2013-2014-cü illərin ov mövsümünü iyunun 1-dən açıq elan edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:
Təkə
01 iyun-19 oktyabr 2013-cü il
1 baş (3 nəfərdən az
olmayan qrup ovçulara)
Qaban (Çöl donuzu) 14 sentyabr-21 dekabr
2013-cü il
1 baş (3 nəfərdən az
olmayan qrup ovçulara)
Dovşan 09 noyabr 2013-cü il-
11 yanvar 2014-cü il
2 baş
Bataqlıq qunduzu (nutriya 12 oktyabr 2013-cü il -
22 fevral 2014-cü il
(volyerlərdə saxlamaq üçün)
Nutriya təsərrüfatları
olan təşkilatlar üçün
Əlavə məlumatlar almaq istəyənlər və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət edə bilərlər.