Sabah ilk buraxılış imtahanıdır
01 iyun 2015 12:42 (UTC +04:00)

Sabah ilk buraxılış imtahanıdır

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış  sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək. Lent.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, həmin gün Bakı şəhərində yerləşən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcək: “Bu il Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX sinifləri üçün keçiriləcək buraxılış imtahanları üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb. Bakı şəhərində ümumilikdə 31490 şagird IX siniflər üçün keçiriləcək buraxılış imtahanında iştirak edəcək. Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI sinifləri üçün bu il keçiriləcək buraxılış imtahanında 24408 nəfər şagird iştirak edəcək. Bu imtahanlar üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb. İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi müəllim ayrılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294

Oxşar yazılar