Mayın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gündüz mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 25-30, dağlıq rayonlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.