Noyabrın 2-də saat 01:00-dan 04:30-a qədər Xətai rayonu kənd Əhmədli yaşayış massivinin bir hissəsində (Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov, Xudu Məmmədov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. “Azərenerji” ASC-dən Lent.az-a verilən məlumata görə, buna səbəb ASC-yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləridir.
Yaranmış narahatçılığa görə, “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.