Sabahdan yağıntılar kəsiləcək
06 may 2015 12:49 (UTC +04:00)

Sabahdan yağıntılar kəsiləcək

0

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 , gündüz 15-20 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5 , gündüz  9-14 dərəcə isti olacağı gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar