Sabah Bakının bir neçə qəsəbəsində su olmayacaq
23 may 2016 18:09 (UTC +04:00)

Sabah Bakının bir neçə qəsəbəsində su olmayacaq

0

Sabah Goradil qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılacaq və Ceyranbatan-Maştağa magistral xəttindən nasosxanaya yeni birləşmə veriləcək. “Azərsu” ASC-dən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Ceyranbatan-Maştağa magistral xətlərinin biri ilə içməli suyun verilməsi dayandırılacaq.

 

Abunəçilərin diqqətinə çatdırılır ki, yenidənqurma işləri ilə əlaqədar mayın 24-ü, saat 00:00-dan etibarən gün ərzində Novxanı, Fatmayı, Goradil qəsəbələrinə, bağ massivlərinə, Mehdiabad, Pirşağı, Kürdəxanı, Sabunçu və Suraxanı  qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar