Sabah Bakı və Sumqayıtda monitorinq imtahanları keçiriləcək
06 aprel 2016 14:46 (UTC +04:00)

Sabah Bakı və Sumqayıtda monitorinq imtahanları keçiriləcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 7-8 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 11-ci sinifdə təhsil alanlar üçün isə 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində, 18 və 19 aprel tarixlərində regionlarda monitorinq imtahanları təşkil olunacaq.

Xatırladaq ki, TQDK 4-5 aprel tarixlərində respublikanın 39 şəhər və rayonunun (Naxçıvan, Gəncə, Samux, Qazax, Gədəbəy, Xızı, Şamaxı, Mingəçevir, Goranboy, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Bərdə, Ağcabədi, Tərtər, Göyçay, Zərdab, İsmayıllı, Ağsu, İmişli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Neftçala, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Masallı, Quba, Xaçmaz, Şabran, Siyəzən, Babək, Ordubad, Culfa, Şərur) orta ümumtəhsil məktəblərinin 7 və 8-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirib. Regionlarda keçirilmiş imtahan 7-ci sinif Ana dili fənnindən 123, riyaziyyat fənnindən 113, 8-ci sinif Ana dili fənnindən 160, riyaziyyat fənnindən isə 151 orta ümumtəhsil müəssisəsində aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Oxşar yazılar