Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-25, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.