Avqustun 7-si rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatır.
Lent.az-ın məlumatına görə, avqustun 1-dən başlayan ixtisas seçimi prosesində bu gün saat 17:01 tarixinə kimi ümumilikdə 209 nəfər iştirak edib. Onlardan 193 nəfər Azərbaycan, 16 nəfər isə Rus bölməsinin abituriyentləridir.
Nəzərinizə çatdıraq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib. Bu nömrədə, həmçinin 2015-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub. Müsabiqə şərtini ödəyən və hələ ixtisas seçimi etməyən namizədlər ayın 7-dək gecikmədən elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili istiqamətinə (bitirdiyi fakültəyə müvafiq olan) uyğun ixtisasları seçib təsdiq etməlidirlər.
Qeyd edək ki, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə avqustun 9-dan başlayıb 15-dək davam edəcək.