Rezidenturaya ərizə qəbulu başlayıb
01 mart 2016 08:30 (UTC +04:00)

Rezidenturaya ərizə qəbulu başlayıb

 

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu başlayıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ərizə qəbulu prosesi martın 10-dək davam edəcək.

 

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (online rejimdə) martın 19-da keçiriləcək. Aprelin 3-də rezidenturaya qəbul imtahanının I mərhələsi, iyulun 29-da isə ikinci mərhələsi keçiriləcək. 1-7 avqust tarixlərində ixtisaslaşma seçimi, 9-15 avqustda namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı, 19-22 avqust tarixlərində boş qalan yerlərə ixtisaslaşma seçimi, 24-25 avqust tarixlərində isə  boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı baş tutacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Fərizə Əhmədova

Oxşar yazılar