Rezidenturaya qəbul imtahanının nəticələri yaxın günlərdə elan olunacaq
04 aprel 2016 10:28 (UTC +04:00)

Rezidenturaya qəbul imtahanının nəticələri yaxın günlərdə elan olunacaq

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakıda 2, Naxçıvan şəhərində isə 1 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahanın gedişinə nəzarət olunub.

 

Aprelin 4-dən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalına başlanılıb, nəticələr yaxın günlərdə elan olunacaq.

Nəticələr elan olunduqdan sonra namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

 

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apellyasiya Komissiyasına 2016-cı il aprelin 4-dən 6-dək saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar