Respublika İncəsənət Gimnaziyasının qəzalı binası köçürülür
22 may 2013 16:28 (UTC +04:00)

Respublika İncəsənət Gimnaziyasının qəzalı binası köçürülür

Bu gün Azərbaycan Milli Konservatoriyası tərkibindəki Respublika İncəsənət Gimnaziyasının yerləşdiyi bina sökülməyə başlanıb.

 

Bu barədə Lent.az-a valideynlər məlumat veriblər.

 

Qeyd edək ki, Respublika İncəsənət Gimnaziyası Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 506-cı məhəllədə yerləşir.  Valideynlər məktəb rəhbərliyinin Gimnaziyadakı rəqs və rəssamlıq bölmələrinin başqa musiqi məktəblərinə köçürüləcəyini bildirdiyini söyləyiblər. Bu da övladları həmin bölmələrdə oxuyan valideynləri narahat edir. Çünki valideynlərin əksəriyyəti məhz Gimnaziyaya yaxın ərazilərdə yaşayırlar.

 

Azərbaycan Milli Konservatoriyası direktoru Səyavuş Kərimi isə Lent.az-a açıqlamasında deyib ki, sökülən bina yataqxanadır və qəzalı vəziyyətdədir: “Həmin binada qaçqın və məcburi köçkünlər məskunlaşıb. Binanın bir mərtəbəsində Konservatoriya yerləşir. Konservatoriya öz binasına köçür. Qalan məsələləri məktəbin rəhbərliyindən soruşun. Hər halda o bina sökülməlidir, çünki qəzalı vəziyyətdədir”.

 

Səyavuş Kərimi Gimnaziyanın bütövlükdə həmin məkandan köçürülüb-köçürülməyəcəyi barədə suala isə birmənalı cavab verməyib: “Gimnaziya öz yerində qalacaq. Rəqs və rəssamlıq bölümləri ilə bağlı məsələ isə hələ konkret həllini tapmayıb...”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1499
avatar

Yalçın UĞUR

Oxşar yazılar