Regionlarda qanvermə aksiyaları keçirilir
17 avqust 2015 10:43 (UTC +04:00)

Regionlarda qanvermə aksiyaları keçirilir

0

 

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə avqust ayı ərzində regionlarda könüllü qanvermə aksiyaları keçirilir.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu günə qədər aksiyalar Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında keçirilib.

 

Aksiyalarda ümumilikdə 360 nəfər iştirak edib, o cümlədən, Şabran rayonunda keçirilmiş aksiyada 46 nəfər, İmişlidə 58 nəfər, Sabirabadda 133 nəfər, Şirvanda 83 nəfər, Ucarda 40 nəfər qan verib.

Bu gün qanvermə aksiyası Astara şəhərində keçirilir.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar