Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər iyunun 1-dən icra olunmağa başlayıb.
Səhiyyə Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunmuş turlarda, nikaha daxil olmaq istəyən cütlükdən müayinələr uçun toplanan qan nümunələri götürülmüş, gələcək ailənin sağlamlığı baxımından onlarla söhbət aparılıb.
İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər uçun görüş təşkil olunub. Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı eləcə də yaradılmış şərait jurnalistlərin diqqətinə çatdırılıb.