Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək
08 may 2013 15:12 (UTC +04:00)

Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlayıb.

Lent.az xəbər verir ki, layihənin məqsədi zəruri təbliğat və maarifləndirmə işləri aparmaqla, könüllülük ideyasının gənclər arasında təşviq olunmasına, könüllülərin formalaşdırılmasına, icma-könüllü əməkdaşlığının qurulmasına dəstək verməkdir.

 

Layihə Yevlax, Mingəçevir, Bərdə, Goranboy və Ağcabədi rayonlarının mərkəzində icra ediləcək. Hər bir regionda Könüllülük ideyasının gənclər arasında təşviqi ilə bağlı təlimlər təşkil olunacaq, təlim keçmiş və eyni zamanda yerli fəal gənclərlə birgə könüllü aksiyalar təşkil ediləcək, insanların könüllülük işini daha yaxşı anlamaları üçün maarifləndirici bukletlər hazırlanacaq, gələcəkdə layihə ideyasının davam etdirilməsi və daha çox gəncin könüllü kimi hazırlanmasına kömək etmək məqsədilə Bakı şəhərində “Könüllülük Mərkəzi” formalaşdırılacaq. Hazırda layihənin qarşısına qoyulan məqsədlərinin və vəzifələrinin effektiv həyata keçirilməsi üçün  hazırlıq işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391
avatar

Oxşar yazılar