Regi­on­ların innovativ sosial-iqtisadi inkişafına dair konfrans keçi­rilib
07 may 2015 17:00 (UTC +04:00)

Regi­on­ların innovativ sosial-iqtisadi inkişafına dair konfrans keçi­rilib

 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və AMEA Elmi İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş “Regi­on­ların innovativ sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçi­rilib.

 

APA-nın xəbərinə görə, 26 elm və təhsil müəssisəsinin qatıldığı tədbiri Əmək və Sosial Münasibətlər Akademiyasının rek­­toru Hüseyn Qaraşov açaraq, Heydər Əliyevin fəaliyyəti, düşünülmüş dövlətçilik siyasəti, ictimai hə­yatın bütün sahələrində apardığı islahatların əhəmiyyəti, xal­qı­mı­zın rifah tərzinin yük­səl­mə­sinə istiqamətlənmiş məntiqli sosial-iq­ti­sa­di siyasətindən və hazırda bu kursun cənab prezident İlham Əliyev tərə­fin­dən uğurla davam etdirilməsindən danışıb.

 

Plenar iclasda AMEA Elmi İnnovasiyalar Mərkəzinin baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, AMEA Elmi İnnovasiyalar Mərkəzinin nəzdindəki Təhsil-Tədris Mər­­kə­­zinin direktoru, iqtisad üzrə elmlər doktoru, pro­fes­sor Təbriz Əli­yev, Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial tərəfdaşlıq, həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər” ka­fed­rasının mü­diri, fəlsəfə üzrə fəlsəfə dok­toru, dosent Zeynəddin Şa­banov, “Ümumi iqtisadiyyat” kafedrasının mü­əl­li­mi, iqtisad üzrə fəlsəfə doktoru Nurəngiz Mikayılova, tələbələrdən Hilalə Hasilova, Pərvin Əhmədli və Şahin Cəfərov müxtəlif mövzularda məruzələr ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar